Taliban heroinin hazırlandığı tiryək xaşxaşını qadağan etdikdən sonra ölkədə metamfetamin istehsalı kəskin şəkildə artıb.

"Unikal" xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Bildirilir ki, , Əfqanıstanda və qonşu ölkələrdə narkotik reydləri zamanı ələ keçirilən metamfetaminin həcmi 12 dəfə - 2017-ci ildəki 2,5 tondan 2021-ci ildə 29,7 tona qədər artıb.

BMT ekspertləri bu artımı Əfqanıstanda sintetik narkotik istehsalının genişlənməsi ilə əlaqələndirirlər.