Transqafqazda nəqliyyat əlaqələrinin açılmasına dair üçtərəfli işçi qrupun danışıqları davam edir, lakin Ermənistanla Azərbaycan arasında gərginliyin artması bu fəaliyyətlərə mənfi təsir göstərir.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə Şərq İqtisadi Forumu (EEF) çərçivəsində bildirib.

"Təbii ki, hər hansı bir eskalasiya həmişə işimizə mənfi təsir göstərir, biz geridə qalırıq, gecikirik və geri qayıdıb oturub işə başlamaq üçün vaxt lazımdır", - deyə Overçuk qeyd edib. 

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin regionda nəqliyyat əlaqələrinin bloklanması ilə bağlı növbəti görüşü bunun üçün şərait yetişəndə ​​baş tutacaq.

Ağarza Elçinoğlu