Avstraliyanın qərbindəki Port Hedland yaxınlığında yerləşən DeGrey River düşərgəsində qəribə hadisə yaşanıb. 

"Unikal" "Daily Mail"ə istinadən xəbər verir ki, düşərgədən oğurladığı 18 butulka pivəni içən çöl donuzu inəklə dava edib. 

Ərazidə yaşayanlar gecə yarısı səs-küyə oyanıblar. Onlar donuza "Svino" ləqəbi qoyub. Bu, barlarda başqalarının içkilərini oğurlayan insanlara verilən addır. Bu hadisə yerli insanlar arasında artıq əfsanəyə çevrilib.

"Əgər onun şərəfinə bir abidə ucalda bilsək, onun altına bir neçə mühüm səbəb əlavə edə bilərik ki, insanlara içki içməməyi və maşın sürməməyi xatırladaq. Bu həm yol təhlükəsizliyi, həm də balaca donuzun xatirəsi üçün yaxşı bir addım olardı", - deyə Qərbi Avstraliyanın Əsas Yollar Departamentinin rəhbəri açıqlayıb. 

Seymur Əli