"Türkiyəsiz dəhliz olmaz: Şərqdən qərbə nəqliyyat üçün ən əlverişli xətt Türkiyədən keçənidir"
"Unikal" xəbər verri ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə toxunarkən deyib.
G-20 Sammitinin keçirildiyi Hindistandan qayıdarkən təyyarədə gündəmlə bağlı qiymətləndirmələr aparan Ərdoğan deyib: “Qarşıdakı dövrdə qlobal təbii qazın qiyməti Türkiyədə qurulacaq fiziki təbii qaz bazası ilə bağlı atılacaq konkret addımlardan sonra müəyyən ediləcək.
17-21 sentyabr tarixlərində Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasında iştirak etmək üçün bu ölkəyə səfərim var.
Türkiyədə sərmayələri olan bir çox ABŞ şirkətləri ilə də görüşlərimiz olacaq. Məsələn, Vaşinqtonda yerləşən maliyyə qurumu “Adana Ceyhan”da neft-kimya obyektinə 550 milyon dollar maliyyə ayırıb. Bu sərmayə bizim üçün çox vacibdir.
Bazarlara fərqli bir canlılıq gəlib. Türkiyəyə kredit axını başlayır və beynəlxalq kredit reytinq agentlikləri Türkiyənin kredit reytinqini yüksəltmək məcburiyyətində qalacaq.
Ərzaq böhranının da qarşısını almağa çalışan yeganə ölkə Türkiyədir. Biz Rusiya prezidenti Vladimir Putinin 1 milyon ton taxıl təklifini gündəmə gətirdik və ondan bu məbləğin artırılmasını xahiş edəcəyik. Qərb də üzərinə düşən vəzifələri yerinə yetirməlidir.
Dünyanın yeni qida, enerji və digər böhranlara sürüklənməsinin və insan qanı tökülməsinin qarşısını almaq üçün sabitləşdirici qüvvə kimi Türkiyə hər masada vardır”.
R.T.Ərdoğan Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə mümkün görüş barədə isə bunları söyləyib: “Görüşəcəyik. Tarixi qarşılıqlı olaraq nazirlərimiz müzakirə edəcək”.
Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi ilə bağlı isə prezident Rəcəb Tayyib Ərdoğan “Türkiyəsiz dəhliz yoxdur: şərqdən qərbə nəqliyyat üçün ən əlverişli xətt Türkiyədir" deyib.