"Ukrayna indi atəşkəs elan etsə nə olacaq? - Putin mütləq Polşa və Baltikyanı ölkələri işğal edəcək, Gürcüstan və Moldovanı isə udacaq".

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Ukraynanın "Ukrainskaya pravda" nəşrində dərc olunan məqaləsində yazır.

“Gürcüstanda qızılgül inqilabından və Ukraynada narıncı inqilabdan sonra Putin ölümcül təhlükə hiss etdi. Yuşşenkonu zəhərləyib ordusunu səfərbər etdi.

Rusiya hərbi maşınının növbəti komponenti beşinci kolondur - bura Medvedçuk və İvanişvili, Şor və Plahotniuk kimi adamlar daxildir. Məqsədləri Rusiyadan və yerli pullardan istifadə edərək hakimiyyəti ələ keçirməkdir. Gürcüstanda İvanişvilinin sayəsində bunu bacardılar...

Məhz bu beşinci kolon 2008-ci ildə Rusiyanı Gürcüstanda, Ukraynanı isə 2014-cü ildə Krım və Maydanda təxribat törətməkdə ittiham edirdi...

Ukrayna indi atəşkəs elan etsə nə olacaq? O olacaq ki, bir-iki ildən sonra Ukrayna mütləq yıxılacaq və Putin Polşanı, Baltikyanı ölkələri işğal edəcək. O, Gürcüstan və Moldovanı prosesdə praktiki olaraq heç bir mühüm qüvvə olmadan udacaq”, -  deyə Saakaşvili yazıb.