BP şirkətinin baş icraçı direktoru Bernard Luni (Bernard Looney) istefa verib.

“Unikal” bu barədə şirkətə istinadən xəbər verir.

Onun yerinə bu vəzifənin icrası müvəqqəti olaraq şirkətin maliyyə direktoru Mürrey Aukinklosa (Murray Auchincloss) həvalə edilib.

B.Luninin istefa səbəbi açıqlanmasa da, onunla bağlı ötən ilin mayında başlanan araşdırmalarla əlaqədar olması ehtimal olunur: “Belə ki, anonim mənbə onun şirkətdə olan digər məsləkdaşları ilə şəxsi münasibətlərinin və davranışlarının araşdırılmasını bildirmişdi. Həmin araşdırma B.Luni CEO olmamışdan öncəki davranışlarında şirkətin kodeksindən kənar hər hansı hal aşkar etməyib.

Bu yaxınlarda oxşar şikayət daxil olub və araşdırma davam edir.

Qəfil istefa qərarı verən B.Luni etiraf edib ki, araşdırmalar zamanı verdiyi ifadələr heç də tam deyil.