Rusiya ordusuna məxsus Su-24 qırıcısı qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

Bildirilir ki, qəza Volqoqrad vilayətinin Kalaçevski rayonunun Loşki kəndindən 5 km aralıda baş verib. Qəzanın təlim uçuşu zamanı baş verdiyi qeyd olunur.

"Hazırda əməliyyat-axtarış tədbirləri aparılır, adamları axtarırlar”, - məlumatda bildirilir.

Nəşrin məlumatına görə, təyyarə havaya qalxdıqdan az sonra radarlardan itib. Pilotların sağ olub-olmadığı məlum deyil.