Latviya bu gündən etibarən Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişinə qadağa qoyub.

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, qadağa o cümlədən avtomobillərin Belarus sərhədindən keçirilməsinə də aid edilib.  

“Avropa Komissiyasının və Xarici İşlər Nazirliyinin rəyinə əsasən, Dövlət Gəlirləri Xidməti bildirir ki, bu gündən - sentyabrın 12-dən etibarən Rusiya Federasiyasında qeydiyyatda olan nəqliyyat vasitələrinə malik şəxslərin Latviyanın Rusiya və Belarusla sərhəd-keçid məntəqələri vasitəsilə Avropa İttifaqına daxil olması qadağan edilib”, - deyə qeyd olunub. 

Məlumata görə, ölkəyə daxil olanlar Rusiya və ya Belarusa qayıtmaqdan imtina edərlərsə, nəqliyyat vasitəsi müsadirə olunacaq. 

Nuranə Abbasova