Xəbər verdiyimiz kimi, sentyabrın 8-də xarici işlər naziri Ceyhun Bayramova iki yeni müavin təyin olunub.
"Unikal"ın məlumatına görə, yeni nazir müavinləri Samir Şərifov və Yalçın Rəfiyevin cavabdeh olduğu sahələr müəyyənləşib.
Belə ki, Samir Şərifov Beynəlxalq hüquq və müqavilələr idarəsi, Şərqi-Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsi, Linqvistik təminat idarəsinə, digər nazir müavini Yalçın Rəfiyev isə Beynəlxalq təhlükəsizlik idarəsi, İqtisadi əməkdaşlıq idarəsi və Yaxın Şərq və Afrika İdarəsinə cavabdeh olacaq.