Azərbaycan silah alqısına yeniliklər gətirir
11:01 02-04-2013
İQTİSADİYYAT
Azərbaycan silah alqısına yeniliklər gətirir
Rusiya ilə yeni silah və hərbi texnikaların alqı-satqısına dair bütün danışıqlar dayandırılıb
Son zamanlar Azərbaycan ordusu regionda silahlanmaya görə demək olar ki, ilk yerlərdən birini tutur. Bununla yanaşı artıq bir neçə ildir ki, Azərbaycanın özüdə müxtəlif silahların istehsalına başlayıb və ordunun təminatında mühüm rol oynayır. İllər boyu Rusiya hərbi silah arsenalına üstünlük verən Azərbaycan son illər bu məsələdə də ciddi addımlar atdı.
İlk növbədə Azərbaycan ordusunun NATO standartlarına cavab verməsi üçün islahatlar həyata keçirildi, daha sonra silah arsenalında da müasirləşməyə başlanıldı. Bu arada isə maraqlı bir məlumat gündəmə gəldi. Belə ki, Azərbaycan Rusiya ilə yeni silah və hərbi texnikaların alqı-satqısına dair bütün danışıqları dayandırıb. " Mənbənin məlumatına görə, bu addım Rusiyanın Qəbələ RLS-in icarəsi ilə bağlı Azərbaycanın təklif etdiyi qiymətlərlə razılaşmaması və stansiyadan imtina etməsindən sonra atılıb.
Bununla da Azərbaycan Rusiyadan yeni xilasetmə helikopterlərinin, T-90S tanklarının, BMP T tipli döyüş maşınlarının, həmçinin zenit-raket komplekslərinin (söhbətin hansı komplekslərdən getdiyi açıqlanmır) satın alınmasına dair danışıqları dayandırmış olub və adıçəkilən texnikaların satın alınmasından imtina edilib.
Hazırda Rusiya tərəfi əvvəlki illərdə bağlanmış müqavilələr üzrə sifarişlərin çatdırılmasını təmin edir. Qeyd edək ki, son 5 ildə Azərbaycan Rusiyaya 1.7 milyard ABŞ dollarından artıq silah və hərbi texnika sifariş verib.
Maraqlıdır, Azərbaycanın Rusiya ilə silah biznesinə son qoyması ordunu çıxılmaz duruma salmazki? Ekspertlər bildirir ki, əslində son iki il ərzində Azərbaycan məqsədli şəkildə Rusiya ilə silah biznesini məhdudlaşdırmağa başlayıb. Çünki bu gün ordu quruculuğu üçün Rusiya silahları o qədərdə normalara cavab vermir. Məsələn, bir müddət öncəyə kimi Azərbaycan hava hucumundan müdafiə sistemini Rusiyadan alırdısa, indi artıq İsraillə bu məsələdə ciddi razılığa gəlmək mümkün oldu və 1,5 milyard dollar həcmində müqavilə imzalandı. Azərbaycanın hava hucumundan müdafiə sistemini Rusiyadan yox, İsraildən almasının isə bir neçə səbəbi var. İlk növbədə bu addımı atmaqla daha müasir texniki avadanlıqlara nail olmaq mümkünləşir. Bu gün dünyanında qəbul etdiyi kimi İsraildə hazırlanan hava hucumundan müdafiə sistemi ilk sıralarda durur. Başqa bir tərəfdən Azərbaycanla düşmən mövqedə olan Ermənistanda Rusiyadan müdafiə sistemi alıb və demək olar ki, eyni texnologiyaya sahib olan tərəflərin manevr imkanları tükənmiş şəkildə olacaq. Amma Azərbaycan belə addım atmaqla əslində balansı öz xeyrinə dəyişə bilib. Ekspertlər bunu da bildirir ki, Azərbaycan həmçinin Avropa texnologiyasına da üstünlük verməlidir. Bu baxımdan Fransanın istehsal etdiyi qırıcı təyyarələr daha əlverişli hesab edilir. Bunu da xüsusi olaraq qeyd edək ki, Azərbaycan tank və digər ağır texnikanı, avtomat silahları, snayper tüfənglərini də əsasən Rusiyadan alırdı. Amma bu məsələdə də müəyyən irəliləyişlər əldə edilib. Belə ki, Azərbaycanla Ukrayna arasında müqavilə imzalanıb və tank alışı Ukraynadan həyata keçirilir. Digər ağır texnikalara gəldikdə isə artıq Azərbaycanın özü texnika istehsalına başlayıb və bir neçə ilə yəqin ki, təminat tam təmin ediləcək. Amma Azərbaycan ordusu hələ də tam olaraq Rusiyanın istehsalı olan "kalaşnikov" silahlarından yararlanır və qeyd edilir ki, Azərbaycanın silah ehtiyatı bu məsələdə yetərli qədərdir. Digər snayper silahlarına gəldikdə isə Azərbaycan bu sahədə də irəliləyə bilib və artıq dünya silah bazarına "İstiqlal" snayper tüfəngləri çıxara bilib. Beləliklə ekspertlər hesab edir ki, Azərbaycanla Rusiya arasında hərbi razılaşmanın zəifləməsi heç də təhlükəli deyil. Əslində bu Rusiya üçün əlavə problemlər yarada bilər. Çünki hazırda Rusiya dünya silah biznesində ilk yerlərdən birini tutur. Amma get-gedə mövqelərini itirməyə başlayıb. Buna görə də Rusiya siyasi iddialarını bir kənara qoyub yenidən bu tip razılaşmalara gedəcək. Sonda bunu da qeyd edək ki, Azərbaycan ordusu NATO standartlarını qəbul etməyə hazırlaşır və ilk şərtlərdən biri də budur ki, ordu Avropa istehsallı silahlardan daha çox istifadə etməlidir.
Fuad
Digər Xəbərlər
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55