İrəvan dünən sülh danışıqları üzrə Bakıdan yeni təkliflər alıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan parlamentdə bildirib.
O, İrəvanın bundan əvvəl sülh müqaviləsinin mətninə düzəlişlərin 5-ci paketini Azərbaycan tərəfinə təqdim etdiyini xatırladıb.

“Proses gedir, müzakirələr də həmçinin. Təəssüf ki, tərəflərin mövqelərinin hələlik bir-birindən uzaq olduğu vacib məsələlər var”, - Mirzoyan qeyd edib.