“Ermənistan hazırda ABŞ-la təlimlər keçirir. İndiki vəziyyətdə bu təlimlər Rusiyanın xoşuna gəlməyəcək. Bu, ciddi məsələdir".
Bunu "Unikal"a açıqlamasında keçmiş xarici işlər naziri, diplomat Elmar Məmmədyarov deyib.
Növbəti dönəmdə Rusiya Ermənistan münasibətlərinin necə dəyişəcəyinə gəlincə, eks-nazir bildirib ki, bunu yaxından izləmək lazımdır:
"Paşinyan müxtəlif ölkələrin rəhbərlərinə zəng vurur. Başa düşür ki, bu hərəkətləri edərkən, cavabını alacaq. Ona görə zəng edib yalvarır ki, hərbi toqquşmalar olmasın. Bilir ki, başqa yolu yoxdur. O baxımdan geri çəkilir".
E.Məmmədyarov qeyd edib ki, sülh sazişi imzalanmayıbsa, delimitasiya, demarkasiya olmayıbsa, həm Ermənistan silahlı qüvvələri, həm də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri mövqelərimizi atəşə tutacaqlar.
"Hüquq baxımdan saziş yoxdursa, belə xoşagəlməz hadisələr olacaq".
Anar Kəlbiyev