"Türkiyə Qafqazda sabitliyə böyük əhəmiyyət verir”.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
O qeyd edib ki, ölkəsi regionda ən qısa zamanda daimi sülhün bərqərar olması üçün böyük səylər göstərir və “Bir millət, iki dövlət” anlayışı ilə Azərbaycanı dəstəkləməyə davam edir.