Türk ordusu Suriyanın şimalındakı “Fırat Kalkanı” bölgəsində 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə bu ərazilərdə terrorla mübarizəsini davam etdirir.