Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (11-17 sentyabr) 142 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan şəxslər arasında vəfat edən olmayıb.
İndiyədək ümumilikdə 832 580 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 131 nəfər müalicə olunaraq sağalıb, 10 302 nəfər vəfat edib, aktiv xəstə sayı 147 nəfərdir.
Ölkədə son həftə ərzində 3 012, hazırkı dövrədək isə 7 680 488 test aparılıb.
Həmçinin, sentyabrın 11-dən 17-dək koronavirus (COVID-19) əleyhinə 223 vaksin vurulub.
Həftə ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, üç və daha çox doza vaksin vurduranların sayı 150, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 16 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 969 615, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 413 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 368, üç və daha çox doza vaksin vurduranların sayı 3 405 336, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266424 təşkil edir.