Dünya şöhrətli futbolçu Kriştianu Ronaldo İrana gedib.
"Unikal" xəbər verir ki, İranın "Persepolis" klubu Ronaldoya əllə toxunmuş xalça hədiyyə edib. Bildirilib ki, sözügedən xalçanın dəyəri 3 milyard tüməndən (təxminən 120 min manat) çoxdur.
Qeyd edək ki, Asiya Çempionlar Liqasının qrup mərhələsinin növbəti matçında yerli "Persopolis"lə "Əl-Nəsr" komandaları üz-üzə gələcək. Persopolis" - "Əl-Nəsr" oyunu sentyabrın 19-u, Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.
Ağarza Elçinoğlu