Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski ilə Andjey Duda sentyabrın 19-da Nyu-Yorkda görüşəcək.

"Unikal" xəbər verir ki, ölkə başçılarının görüşü BMT-nin 78-ci Baş Assambleyası çərçivəsində baş tutacaq.

Tərəflər Ukrayna taxılının Polşaya idxalına birtərəfli formada qoyulan qadağa ilə bağlı məsələləri müzakirə edəcəklər.