Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Türkiyənin Parisə təyin olunmuş yeni səfiri Yunus Demirerlə görüşüb.

“Unikal” xəbər verir ki, bu barədə L.Abdullayeva “X” sosial şəbəkəsində bildirib. 

“Qardaş Türkiyənin Fransadakı yeni səfiri cənab Yunus Demireri Azərbaycan Mədəniyyət Mərkəzində salamlamaqdan məmnun olduq. Yunus bəyə diplomatik fəaliyyətində uğurlar arzulayırıq”, - deyə Azərbaycan səfiri yazıb.