Braziliya prezidenti Luiz İnasiu Lula da Silva ukraynalı həmkarı Volodimir Zelenski ilə sentyabrın 20-də Nyu-Yorkda görüşəcək.

"Unikal" xəbər verir ki, bu barədə iki anonim mənbəyə istinadən "Reuters" məlumat yayıb .

Bu həftə Nyu Yorkda hər iki liderin iştirak etməyi planlaşdırdığı BMT Baş Assambleyasının sessiyası keçirilir.

Ukrayna tərəfi ikitərəfli görüşlə bağlı məlumatı hələlik təsdiqləməyib.

Bundan əvvəl BMT Baş Assambleyasında Zelenskinin əvəzinə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın çıxış edəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

O da qeyd olunub ki , ABŞ prezidenti Co Baydenin iştirakı hələlik təsdiqlənməyib . Üstəlik, bu səviyyəli iclaslarda adətən xarici siyasət idarələrinin rəhbərləri iştirak edirlər.