Naxçıvanda İran vətəndaşı yaşadığı evdə intihara cəhd edib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, İran vətəndaşı, 2001-ci il təvəllüdlü, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 3-cü kurs tələbəsi Mehtabi Sana Məmmədsadiq qızı kirayə qaldığı evdə huşsuz vəziyyətdə tapılıb. O, təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. İlkin araşdırma zamanı onun külli miqdarda dərman qəbul etdiyi məlum olub.

İran vətəndaşı mərkəzi xəstəxanadan Naxçıvan Sağlamlıq Mərkəzinə köçürülüb, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.