Rusiya artıq Ukrayna taxılını bir il ərzində 10 milyondan çox insanı doyuracaq qədər məhv edib.

"Unikal" xəbər verir ki, bunu ABŞ-ninn müdafiə naziri Lloyd Ostin deyib.  

Onun sözlərinə görə, son aylarda Rusiya Ukrayna limanlarına və taxıl infrastrukturuna zərbələr endirməkdə davam edib.

"Bu hücumlar nəticəsində ən azı 280 min ton taxıl məhv edilib ki, bu da 10,5 milyon insanın bir il ərzində qidalanmasına kifayət edəcək qədər idi", - nazir bildirib.