Rusiya prezidenti Vladimir Putin oktyabrda Pekinə səfər etməyi planlaşdırır. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə bu gün Moskvada keçirilən Rusiya-Çin məsləhətləşmələri zamanı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Oktyabr ayında Pekində keçiriləcək "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putin və Çin sədri Si Cinpin arasında təfərrüatlı ikitərəfli danışıqları gözləyirik", - Patruşev qeyd edib. 

Qeyd edək ki, Si Cinpin bu ilin martında Moskvaya dövlət səfəri edib.

Ağarza Elçinoğlu