Sentyabrın 19-da Xəzər dənizində zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 14:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-yə bərabər olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.