"Qarabağ türk yurdudur".
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının iclasında çıxışı zamanı bildirib.
O, Ermənistanı təxribatlardan əl çəkməyə çağıraraq, ABŞ-Ermənistan hərbi təlimləri və separatçıların keçirdiyi qondarma seçkilərin bölgənin sabitliyi üçün zərbə olduğunu vurğulayıb.
“Qarabağ Azərbaycanın ayrılmaz bir torpağıdır. Ermənistan ağlını başına yığmalıdır, odla oynamadan əl çəkməlidir. Sülh danışıqlarını boşa çıxaracaq hər təxribatın ağır nəticələrini İrəvan hakimiyyəti qəbul etmək zorunda olacaq. Soydaşlarımız tək deyildir. Qarabağ qaranlığa qərq edilməyəcək. Azadlıq türk yurdlarının əzəli qədəridir”, - o deyib.
MHP Genel Başkanı Devlet Bahçeli: Bizim için Avrupa Birliği bitmiştir. 60 yıl kaybettik, bir 60 yıl daha kaybedemeyiz.https://t.co/fTAAcDcISj pic.twitter.com/tjXZlvUdsk
— TRT Haber Canlı (@trthabercanli) September 19, 2023