BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlara son qoymağa və “davamlı və dərin dialoqa” başlamağa çağırıb.
"Unikal" xəbər verir ki, Düjarrik “Əl-Cəzirə”yə bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasının 78-ci sessiyasında hazırda Nyu-Yorkda olan Ermənistan və Azərbaycan nümayəndə heyətləri ilə görüşəcək.
Düjarrikin sözlərinə görə, gec-tez bu məsələnin gündəmə gətiriləcəyinə şübhə yoxdur.