Respublika Seysmoloji Xidmət Mərkəzi Xəzər dənizində baş verən son iki zəlzələyə münasibət bildirib.

Qurumun sözçüsü Vüsalə Rafiqqızı “Unikal”a açıqlamasında dənizdə baş verən zəlzələrin quru zonalara heç bir təsirinin olmadığını qeyd edib:
"Xəzər dənizi seysmik aktiv zonalardan biridir.  Gücü 3-4 bal olan zəlzələlər tez-tez qeydə alınır. Ona görə də bu zəlzələlərin baş verməyi ərazinin seysmsik-tektonik xarakteri baxımından normal qəbul olunmalıdır. Xəzər dənizində baş verən son iki zəlzələ ilə bağlı deyə bilərəm ki, hər ikisi də quru ərazilərdən çox uzaqdır. İkinci zəlzələ ümumiyyətlə Xəzər dənizinin tam ortasına düşür. Ölkəmizin quru ərazilərinə heç bir təsiri yoxdur".