Ermənistan hökumətinin binası qarşısında polislə etirazçılar arasında yaşanan toqquşma zamanı 34 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Yaralananlardan 16-sının polis, qalanlarının mülki şəxs olduğu bildirilir. Yaralılardan biri deputatdır.

Polis bir çox aksiya iştirakçısını həbs edib.

22:31

Ermənistanın Xüsusi Təyinatlı Polis İdarəsinin maskalı üzvləri silahlı halda hökumət binasına daxil olublar.

"Unikal" xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları HNV-nin maskalı qüvvələrini yoxladıqdan sonra içəri buraxıblar.

21:33

İrəvanda hökumətin istefası tələbi ilə keçirilən aksiyada yaralananlar var.

Belə ki, polis etirazçılara qarşı səs qumbaralarından istifadə edib.

"Unikal" xəbər verir ki, onlardan birinin ayağı, digərinin üzü yaralanıb.

21:15

İrəvanda yerli sakinlərin Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb etdiyi hökumət binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı iki partlayış səsi eşidilib.

"Unikal" xəbər vrir ki, bu barədə mediaya hadisənin şahidi Marina məlumat verib.

"İki partlayış oldu, insanlar təşviş içində qaçırdılar, tüstü görünürdü" deyə hadisə şahidi bildirib.

Onun sözlərinə görə, etirazçılar polisdən onların tərəfini tutmasını istəyib, onlara şüşə atıb, “Paşinyan satqındır”, “ Rusiya düşməndir” şüarları səsləndiriblər.

21:10

Etirazçılar Rusiyanın Ermənistandakı səfirliyini bağlayıblar, diplomatlar binanı tərk edə bilmirlər.

"Unikal" xəbər verir ki, bu barədə TASS Rusiya diplomatik nümayəndəliyindəki mənbəyə istinadən xəbər verir.

“Səfirliyin binası bloklanıb. Əsas girişdə binanın qarşısında çoxlu nümayişçi var. Arxa giriş də bağlanıb”, - agentliyin mənbəsi bildirib.

O qeyd edib ki, səfirliyə gətirildiyi deyilən uşaqlar və qadınlarla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil: diplomatların ailələri evdədir və təhlükə yoxdur.

İrəvanda sakinlər Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər . Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edir , baş verənlərə görə onu günahlandırırlar.