Rusiyanın Ermənistandakı səfirliyi Ermənistan Xarici İşlər Nazirliyinə nota verib.

"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. 

Səfirlik binanı bağlayan etirazçılara qarşı təcili tədbir görülməsini tələb edib.

"Rusiya səfirliyinin normal fəaliyyəti mümkün deyil, tamamilə mühasirəyə alınıb. Biz Ermənistanın səlahiyyətli orqanları ilə əlaqə saxlayırıq, səfirliyin normal fəaliyyətini bərpa etmək üçün tədbirlər görmək üçün Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərmişik", - səfirliyin nümayəndəsi Aleksandr Quçkov bildirib. 

Ağarza Elçinoğlu