Yəhudi məhəlləsində böyüyən Hitler soyadlı amerikalının burnu soyadına görə dörd dəfə sındırılıb.

"Unikal" xəbər verir ki, Con Hitlerin dediyinə görə, o, irlandiyalıdır, lakin ailəsində Almaniyadan olan babası olub. Buna baxmayaraq, böyüdüyü Detroitdəki yəhudi məhəlləsinin sakinləri 4 dəfə onun burnunu sındırıblar. 

“12 yaşımda mən artıq burnumu sındırmaq üçün necə vuracağımı bilirdim. Çünki əgər onlardan dördü varsa və onlar sizdən böyükdürsə, onlara liderin kim olduğunu tez bir zamanda göstərməlisiniz”, - Hitler deyib.

Con aydınlaşdırıb ki, onun əcdadlarından heç biri İkinci Dünya Müharibəsindən sonra soyadını dəyişmək və özləri üçün yeni sənədlər almaq barədə düşünməyib.

“Mənim babam və nənəm çox mehriban insanlar idi. Onlar  ABŞ- a gələrək Böyük Depressiyadan və İkinci Dünya Müharibəsindən sağ çıxıblar. Onlar soyadlarını dəyişmək istəmirdilər. Onların nəzəriyyəsi budur ki, insanlar bizim adımıza deyil, hərəkətlərimizə görə davranacaqlar”, - amerikalı paylaşıb.