"Qanuni oğru" Hacı Beyləqanski (əsl adı - Talıbxanlı Hacıbaba Tahir oğlu) 21 il müddətinə azadlıqdan məhrum edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məhkəmə müəyyən edib ki, o, 2012-ci ildə "oğru dünyasının kralı" Aslan Usoyanın (Ded Xasan) şəriki - İlqar Əliyevin sıradan çıxarılmasına görə "tac" alıb. Bu cinayətə görə Hacı Beyləqanski 2020-ci ildə 19 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkum xüsusi rejimli həbsxanaya göndəriləcək.
Gülayə Mecid