Azərbaycan parataekvondoçuları Meksikanın Verakrus ştatında keçirilmiş Qran-pridə iki medal qazanıblar.
"Unikal"ın məlumatına görə, baş məşqçi Fərid Tağızadənin yetirmələrindən İmaməddin Xəlilov (70 kq, K-44) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub.
Yığmanın hesabına digər mükafatı Əbülfəz Abuzərli (80 kq, K-44) yazdırıb. O, bürünc medala yiyələnib.
Qeyd edək ki, yığma eyni məkanda dünya çempionatına da qatılacaq. Mundial sentyabrın 21-24-də baş tutacaq. Yarışda Qran-pridə mükafat qazanan idmançılarla yanaşı, Sabir Zeynalov (58 kq, K-44) da qüvvəsini sınayacaq.