UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ”-“Molde” (Norveç) oyununa bilet satışı davam edir.

"Unikal" xəbər verir ki, oyuna indiyədək 19 min bilet satılıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

“VIP Lounge” üstünlüklərindən yararlanmaq istəyənlər üçün biletlərin qiyməti isə 200 manatdır.