Suriya Prezidenti Bəşər Əsəd vətəndaş müharibəsi və xaosun hökm sürdüyü ölkəsindən 19 il sonra ilk dəfə Asiya Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çinə gedib. 

“Unikal” xarici mediaya istinadən xəbər verir ki, Əsəd sonuncu dəfə Çinə 2004-cü ildə səfər edib. O, oyunların açılış mərasimindən sonra Çin Prezidenti Si Cinpinlə görüşəcək. 

Bəşər Əsədi bu səfərində xanımı Əsma Əsəd müşayiət edir. 

Məlumata görə, Əsəd diplomatik təcriddən çıxış yolu tapmaq üçün Çinə gedib. Belə ki, ABŞ, Avropa, Avstraliya, Kanada və İsveçrə 10 ildən çoxdur Əsədə sanksiyalar tətbiq edib. Onlardan biri də diplomatik təcriddir. 

Nuranə Abbasova