İranda zəlzələ olub, Naxçıvanda da hiss edilib.

Bu barədə "Unikal"a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Ordubad stansiyasından 68 km cənub-qərbdə, İranda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 3 bala qədər hiss olunub.

Zəlzələnin maqnitudası 4,5, dərinliyi 4 km olub.