"Artıq bu həftənin əvvəlindən Qarabağdan gələnləri qarşılamaq, onların yerləşdirilməsi, yaşayış şəraitinin təmin edilməsi üçün işçi qrupunun yaradılması barədə göstəriş vermişəm".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbədənkənar iclasında deyib. 

O, bildirib ki, artıq minlərlə hotel otaqları bron edilib: "Bu, cari həftənin əvvəlində edilib".

Paşinyan həmçinin Qarabağın azərbaycanlı nümayəndələri ilə Rəsmi Bakı arasında keçirilən görüşdən də bəhs edib: "Bilirsiniz ki, bu gün Yevlaxda Qarabağ nümayəndələrinin Azərbaycan nümayəndələri ilə görüşü oldu və bu görüşlərin mütəmadi keçirilməsi barədə razılıq əldə olunub. Birinci tərəf hələlik görüşlə bağlı rəsmi məlumat yaymayıblar, lakin Azərbaycan ən azı rəsmi mesajında ​​proseslərin müsbət istiqamətdə getdiyini bildirib".

Baş nazir qeyd edib ki, mümkün hadisələrlə bağlı planları olmalıdır: "Lakin qiymətləndirməmiz ondan ibarətdir ki, mülki əhali üçün heç bir təhlükə yoxdur, xüsusən atəşkəs şəraitində".

Ağarza Elçinoğlu