Yunanıstanda Covid-19-un Pirola variantı aşkar edilib.

"Unikal" xəbər verir ki, Covid-19 səbəbiylə ölənlərin və xəstəxanaya yerləşdirilənlərin sayı artıb. Belə ki, 11-17 sentyabrda Covid-19 səbəbiylə 39 nəfər dünyasını dəyişib. Yunanıstan Milli İctimai Səhiyyə Təşkilatının (EODY) hesabatına görə, 5 xəstədə "Pirola" kimi tanınan Covid-19-un "BA.2.86" variantı aşkar edilib.

Müayinələrə görə, Covid-19-un Eris variantı son həftələrdə ən çox Yunanıstanda aşkarlanıb.