İsveç polisi Malmö şəhərində Quranın yandırılması hadisəsindən sonra baş vermiş iğtişaşlarda iştirak etməkdə şübhəli bilinən üç yeniyetməni saxlayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, saxlanılanlar 15 yaşına çatmamış yeniyetmələrdir. 

Onlardan biri iki dəfə Quranı yandırmaqda da şübhəli bilinir. 

Sentyabrın 3-də Quran yandırma hadisəsi zamanı Malmödə baş verən iğtişaşlarla bağlı 17 yaşlı oğlan da daxil olmaqla ümumilikdə 8 nəfər saxlanılıb.

Nuranə Abbasova