Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbin Rusiyaya mənfi münasibətini  yanlış hesab edib.

"Unikal" xəbər verir ki, bu barədə “Anadolu Ajansı” agentliyi məlumat yayıb .

Ərdoğanın sözlərinə görə, liderlər və baş nazirlər Rusiya lideri Vladimir Putin haqqında “mənfi fikirdədirlər”. O, Ankaranın eyni fikirdə olmadığını, Türkiyə hakimiyyətinin “bunu əks etdirmədiyini” vurğulayıb  .

"Mən də bu münasibəti düzgün hesab etmirəm, çünki Rusiya qeyri-adi ölkədir", - Türkiyə prezidenti qeyd edib.

O xatırladıb ki, Rusiya həm regionda, həm də dünyada öz mövqeyinə görə lider mövqe tutur.

Sentyabrın 20-də  Dövlət Duması Ərdoğanın  Krımla bağlı sözlərini Qərbə siqnal adlandırıb. Dövlət Dumasının Sevastopoldan olan deputatı Dmitri Belikin sözlərinə görə, Türkiyə prezidenti açıqlayıb ki, Rusiya heç vaxt yarımadanı Ukraynaya qaytarmayacaq və Kiyevin ona qarşı bütün iddiaları əbəsdir. Bir gün əvvəl Ərdoğan Amerikanın PBS telekanalına müsahibəsində Rusiyanın Krımı tərk etməyəcəyini bildirmişdi.