"Böyük ehtimalla Elon Maskın İzmir TEKNOFEST-ə gələcək".

"Unikal" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdan geri dönərkən türk jurnalistlərin suallarını cavablandırarkən Maskla görüşünün detallarını da açıqlayıb.

"Biz Musk ilə Tesla-nın Türkiyəyə sərmayə qoyması və kosmos tədqiqatlarında birgə addımlar atması məsələlərini müzakirə etdik. Ümid edirəm ki, dostlarımızla bir araşdırma aparacaqlar. Mən onu TEKNOFEST-ə dəvət etdim. Böyük ehtimalla İzmir TEKNOFEST-ə gələcək. Baş meneceri yanında idi və ona göstərişlər verdi və xüsusilə Efesi vurğuladı: "İzmirin təriflərini eşitdim və İzmir TEKNOFEST-də iştirak etməyə çalışacağam" deyə Mask dedi. Dostlarımız da onlarla əlaqə saxlayacaqlar. İnşallah, İzmirə gəlsə gənclərimizi özünə cəlb edən bir İzmir TEKNOFEST olacaq”-deyə Ərdoğan bildirib.