"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın antiterror əməliyyatından xəbərdar idi".
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı vəziyyətlə bağlı danışarkən deyib.
O bildirib ki, Ermənistan tərəfi dəfələrlə xəbərdarlıqlara məhəl qoymayıb.
"Azərbaycan Silahlı Qüvvələri ilk gündə separatçıların hədəflərinin 90 faizini məhv edib", - Türkiyə prezidenti bildirib.
Xatırladaq ki, bu gün Paşinyan Ermənistanda otellərdə Qarabağın erməni əhalisi üçün əvvəlcədən edilmiş rezervasiyalardan danışırdı.