"Rusiya Federasiyası münaqişənin həllində böyük rol oynamaqda davam edir. Mövcud vəziyyətdən çıxmaq üçün yol xəritəsi hazırlanmalıdır".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın BMT-də daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Təhlükəsizlik Şurasının Qarabağla bağlı iclasında deyib.

 O qeyd edib ki, Sentyabrın 19-da eskalasiya baş verdi. Rusiya sülhməramlıları atəşkəs üçün məsuliyyəti öz üzərinə götürdü.

"Sülhməramlıların itkiləri var. Rusiya Qarabağda sülhməramlıların ölümü ilə bağlı Bakının bəyanatını nəzərə alıb. Rusiya sülhməramlıları öz funksiyalarını vicdanla yerinə yetirməkdə davam edirlər. 1000-dən çoxu uşaq olmaqla, 3000 mindən çox mülki şəxslər sülhməramlıların bazasına sığınıb", - rus diplomat deyib.

O qeyd edib ki, Azərbaycan de-yure öz ərazisində hərbi əməliyyatlar həyata keçirib.