Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı sentyabrın 19-u Xocavənd ərazisində erməni diversiya qrupunun törətdiyi mina partlayışında həlak olan polis əməkdaşı Asim Camalzadənin yas mərasimində iştirak edib.

"Unikal" xəbər verir ki, səfir bu barədə “X”də yazıb. C.Bağçı mərhumun atasına və yaxınlarına başsağlığı verdiyini bildirib.

“Allah rəhmət eləsin, məkanı cənnət olsun. Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı”, - deyə diplomat qeyd edib.