İtaliyanın keçmiş prezidenti Corcio Napolitano 99 yaşında vəfat edib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, Müqavimət Hərəkatının üzvü və İtaliya Kommunist Partiyasının keçmiş lideri olan siyasətçinin səhhəti son vaxtlar pisləşib. O, bir neçə ay Roma klinikasında qalıb.

Napolitano 2006-2015-ci illərdə dövlət başçısı vəzifəsində çalışıb.

2013-cü ildə Napolitano İtaliya Respublikasının tarixində yenidən seçilən ilk prezident olub. O, 2015-ci ildə yaşına görə erkən təqaüdə çıxıb. Həmin vaxt onun 89 yaşı var idi.

Nuranə Abbasova