Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə onun vəkili Aleksandr Koçubayev Facebook səhifəsində yazıb.

Ermənistanın İstintaq Komitəsi Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryanı 4 polis əməkdaşını döyməkdə ittiham edib.

Vəkil Aleksandr Koçubaev bildirib ki, müstəntiq Levon Köçəryanın həbsinə dair qərarı verib, o, dörd “qırmızı bereli”ni döyməkdə ittiham olunur.

Onun sözlərinə görə, bunlar Köçəryanı işgəncələrə və döyməyə məruz qoyan polislərdir.

“Faktla bağlı cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Biz baş verənləri hüquqi xaos hesab edirik”, - Koçubayev qeyd edib.

Qeyd edək ki, Köçəryan həbs zamanı dörd polis əməkdaşı tərəfindən polis maşınında döyüldükdən sonra kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.