"Dünən səhər saatlarında Qənirə xanım Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib. Gəldiyi zaman vəziyyəti ağır şok vəziyyətində idi. Huşu özündə deyildi".

"Unikal" xəbər verir ki, bunu Baku TV-yə açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi Kamran Musayev bildirib.

"Qənirə xanım reanimasiya şöbəsindədir və bütün lazımi tədbirlər görülür. Bütün ixtisas həkimləri xəstəmizin müalicəsinə cəlb olunub. Əlimizdə mövcud olan bütün tibbi imkanların hamısından istifadə olunur. Qənirə xanımın müalicəsi üçün Türkiyədə olan həmkarlarımızla daimi əlaqədəyik və konsultasiyalar aparırıq. Müalicə davam edir. O, süni nəfəs aparatına qoşulub. qeyd edim ki, Qənirə xanımın vəziyyəti hazırda çox ağırdır".

Qeyd edək ki, deputat sentyabrın 23-də səhər saatlarında ağır şok vəziyyətində Mərkəzi Klinikanın təcili yardım şöbəsinə müraciət edib.

***12:07

Xəbər verdiyimiz kimi, Millət vəkili Qənirə Paşayeva komaya düşüb. 

"Unikal" APA-ya istinadən xəbər verir ki, deputatın vəziyyəti stabil ağırdır.

Qənirə Paşayevanın dərmandan komaya düşdüyü bildirilib. Onun Mərkəzi Klinik Xəstəxanada müalicəsi dünən gecədən davam etdirilir.

***11:53

Millət vəkili Qənirə Paşayeva komaya düşüb. 

"Unikal" RTV-yə istinadən xəbər verir ki, millət vəkili dərhal xəstəxanaya yerləşdirilib. yaxınları faktı təsdiqləyib. Lakin onun səhhəti barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.