Türkiyəni Orta Asiya türk cümhuriyyətləri ilə birləşdirən yeganə quru keçidi olan Naxçıvan Qarabağ zəfəri ilə əhəmiyyətini daha da artırıb.
"Unikal" "Haber Global"a istinadən xəbər verir ki, Atatürk illər öncə uzaqgörən siyasəti ilə türk dünyasını birləşdirmək üçün İğdırda ferma da alıbmış. Məlum olub ki, Atatürk Iğdırın Aralik rayonu sərhədlərində İrandan torpaq alaraq Türkiyə ilə Naxçıvan arasında birbaşa əlaqə yaradıb.
Zəngəzur dəhlizi Türkiyənin Orta Asiya türk dünyası ilə yeganə quru əlaqəsidir. Tarixi İpək Yolu üzərində yerləşən və Çinin Müasir İpək Yolu" layihəsi ilə beynəlxalq ticarətdə əhəmiyyət kəsb edən Naxçıvanın Türkiyə üçün strateji, həm də iqtisadi əhəmiyyəti var.
İbrahim Ethem Atnur "Naxçıvan 1918-1921" adlı araşdırmasında 16 mart 1921-ci il tarixli Moskva müqaviləsi ilə bağlı danışıqların davam etdiyi bir vaxtda Türkiyə tərəfinin Naxçıvana münasibətini belə çatdırır: "Rusiyaya gedən heyətdə olan Yusuf Kamal bəy Ankaradan ayrılmadan bir gün əvvəl Mustafa Kamal Paşa ilə görüşüb, ruslar Naxçıvanla bağlı israr edərlərsə, nə edəcəklərini soruşub. Atatürk isə cavabında Naxçıvanın Türk Qapısı olduğunu deyib. Bildirib ki, bu məsələni nəzərə al və əlindən gələni et.
Ağarza Elçinoğlu