Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Kolokoltsev ilə hüquq-mühafizə orqanlarının ikitərəfli əməkdaşlığının əsas istiqamətlərini müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya departamentinin mətbuat xidməti məlumat yayıb.

"Vladimir Kolokoltsev Ermənistan Daxili İşlər Nazirliyi ilə regionda təhlükəsizlik və sabitliyə töhfə verən bütün məsələlər üzrə müxtəlif formatlarda qarşılıqlı fəaliyyətə hazır olduğunu bildirib", - Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən mesajda deyilir.

Departament rəhbəri Yerevanda keçirdiyi görüşdə Nikol Paşinyana “kəşfiyyat xidmətləri, müdafiə və məhkəmə sistemi də daxil olmaqla, əsas sahələr üzrə islahatlar üçün öz reseptlərini obsesif şəkildə təklif edən ABŞ və Aİ-nin hərəkətlərinə işarə edib.”

“Bu vəziyyət bizim müttəfiqliyimizi sarsıdır. Amerikalılar həmişə yalnız öz maraqlarını güdürlər, Ermənistan və ermənilər onların  vecinə deyil”, - deyə Kolokoltsev yekunlaşdırıb.