"Almaniyanın Ukraynaya verdiyi silahların bəziləri köhnəlmişdi və ya işləmirdi".

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok CNN telekanalına müsahibəsində bildirib .

“Əgər siz yalnız söz verib yerinə yetirməsəniz, hətta işə yaramayan bir şeyi çatdırsanız, bunun heç bir faydası yoxdur”-deyə o bildirib.

"Bəzi sistemlərimiz artıq köhnəlib, bəziləri haqqında əvvəldən onların işləmədiyini bilirdik və biz bu barədə danışdıq" - Berbok qeyd edib.

Xarici işlər naziri əlavə edib ki, silahların işlək olmasına əmin olmaq zərurəti Berlinin hələ də “Taurus” taktiki raketlərini Kiyevə ötürməməsinin səbəblərindən biridir.

"“Taurus”ları nə vaxt təhvil verəcəyimizi deyə bilmərəm. Onlar o qədər mürəkkəbdir ki, biz bütün detalları aydınlaşdırmalıyıq - necə işləyəcəklər, onları kim idarə edəcək. Mən başa düşürəm ki, Ukraynanın vaxtı azdır, amma biz bir şeyi təhvil verəndə işləməlidir".