"Hazırda Ukrayna böhranının həlli üçün heç bir perspektiv yoxdur".
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Qahirədə Rusiya-Misir məsləhətləşmələri zamanı bildirib.
Patruşevin sözlərinə görə, Rusiya Misirin və bir sıra digər Afrika dövlətlərinin Ukrayna münaqişəsinin həllində vasitəçiliklə bağlı mövqeyini dəstəkləyir.