2024-cü ildə Gürcüstanın 3 yerində islam dinini yüksək səviyyədə öyrədən məktəblərdə açılacaq.

"Unikal" xəbər verir ki, bunu Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (BGMİ) Şərqi Gürcüstan üzrə müftisi Etibar Eminov Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə azərbaycanlı din xadimlərinin görüşü zamanı bildirib.

E.Eminov qeyd edib ki, bu məktəblərin diplomu hər yerdə keçərli olacaq: "Buradan yüksək səviyyədə dini xadimləri yetişdiriləcək və bizi hər yerdə layiqincə təmsil edəcəklər".